20.01.2024 tarixli sosial bazar

20.01.2024 tarixli sosial bazar

Ata himayəsindən məhrum abituriyentlərimizinin universitet hazırlıqlarına dəstək məqsədli növbəti “Qutabdan kitaba” sosial bazarı soyuq qış günündə isti qutabların ətriylə alıcıları həm sevindirdi, həm də xeyirdən pay qazandırdı. Müqəddəs kitabımızda Sosial ibadətin nə qədər önəmli olduğu dönə-dönə vurğulanır. Məhz bir araya gəlib xeyir adına cəm olmağı bacaranlar insanlığın ali missiyasını yerinə yetirməyi bacara bilməklə xeyirdə yarışmaq ayəsini də ən gözəl şəkildə yaşamağa cəhd edənlərdir. İştirakçı olan kiçikdən böyüyə hər kəsə təşəkkürümüzü çatdırırıq.

Mənəvi maddi fiziki dəstəyi olan hər kəs əlbəttə cəmiyyətə sosial töhfədir.