Növbəti “İşığım Sən Ol” konfransı.

Növbəti “İşığım Sən Ol” konfransı.

“İşığım sən ol” konfransı Birliyimizin “hər qəlbdə mərhəmət” missiyasına xidmət edir.

Belə ki, həssas qrup nümayəndəsi olan balalarımız cəmiyyətimizə birər əmanətlərdir. Cəmiyyətin və ya insanların diqqətini əmanət balalara yönəltməklə cəmiyyətdə mərhəmət duyğusunun dirçəlişinə və inkişafına dəstək olmaqla sosial dəyər, sosial missiya, sosial töhfə kimi məfhumları önə çəkərək mənəvi dəyərlərin inkişafına dəstək olacağımıza inanırıq.

“Sevinməyən uşaq qalmasın” – deyə düşünən gənc könüllü komandamız silsilə olaraq keçirdikləri bu tədbirdə dinləyiciləri Birliyimizin fəaliyyəti, eyni zamanda konfransın strukturu və mahiyyəti barəsində də məlumatlandırırlar.

“Hər qəlbdə mərhəmət” vizyonumuzla inanırıq ki, qəlblərdə mərhəmət duyğusunun hərəkətlənməsi mənəvi və milli dəyərlərimizin intibahı olacaq.