Xarici dil biliklərinə yiyələnmək əsrin ən öndə gedən tələblərindən biridir.
Könüllü tələbələrimizin əmanətlərə tədris etdiyi ingilis dili dərsini uşaqlar sevinc dolu hislərlə öyrənirlər.
Bu dəfəki dərsimizdə uşaqlar qısa mətnlər əsasında tapşırıqlar həll edərək həm yeni sözlər öyrənir, həm də onların nitq qabiliyyətlərinin inkişafına şərait yaradılır.
Uşaqların həvəsli və məsuliyyətli yanaşmasından biz ümid edirik ki, onlar gələcəkdə gözəl dil mütəxəssisi olacaqlar.