“Gözəl düşüncə” layihəsinin növbəti mövzusu “Daşlarla ünsiyyət” oldu.

“Gözəl düşüncə” layihəsinin növbəti mövzusu “Daşlarla ünsiyyət” oldu.

Daşlar danışırlar, sən də onlarla danış. Nə dediklərini dinlə..
Bu dəfəki “Gözəl düşüncə” layihəmizdə müzakirəmizin əsasını araşdıranlar və düşünənlərin marağına səbəb olan “Daşlarla ünsiyyət”- Quranda daşlar mövzusu təşkil etdi. BDU Geologiya fakültəsinin magistrantı Nisə Nəsirli öz təqdimatında daşların yaranması, böyüməsi, xarakteri, xüsusiyyətləri və onları öyrənən elmlər barəsində geniş və ətraflı danışıqlar apardı. Xüsusilə, mineral daşlar və onların zəhərli növlərini vurğulayaraq, daşların insan enerjisinə təsiri və onlar haqqında bir neçə Quran ayələri qeyd olundu. Gözəl düşüncə sahibləri həm də öyrəndilər ki, daşlar bizimlə danışırlar, onların bizə demək istədikləri var. Onların bizimlə danışması üçün gərək biz də onlarla danışaq və onları sevək.
Təfəkkür axınına düşən və dəyərli fikirlər mübadiləsi aparan gənclərimizi bir arada görmək bizim üçün də sevindirici haldır.