Yetim deyib keçməyin…

Yetim deyib keçməyin…

Yetim deyib keçməyin, axtardığınız çıraq o ola bilər. Dünyanı qaranlıqdan aydınlığa çıxaran kitab bir yetim qəlbinə endi. Nur özünə məkan olaraq yetim qəlbi seçdi. Atası olmayan Ruhdan pay alan İsa da ölülərə ruh verdi…

Yetim deyib keçməyin… Bal arısı kimi onun qəlbinə enib şirəsini çəkin. Toplayın şirələri insanlığa faydalı olan bal hasil edin. O bal insanlara şəfadır.

Yetim deyib keçməyin… Həyatın yeknəsəq axarını dəyişəcək bir istiqamət düşünün…

Yetim deyib keçməyin… Evinizdə, qəlbinizdə, süfrənizdə qoruyun. Canlı Quranlarla evinizi işıqlandırın.

Quran Nurdur. Kəlimələri Nurdur, gücdür, salamdır. Qəlbinizi, mənzilinizi Nurla zənginləşdirin.

Quranın əmri qəlblərə şəfadır.

Yetim deyib keçməyin… Özünüzü şəfadan, səfadan, nurdan, salamdan məhrum etməyin.