Əziz dostlar!
Yepyeni layihəyə- “Hüsnü-Üns” yaradıcılıq layihəsinə start verdik.
Layihənin açılış tədbirində layihənin rəhbəri, gənc könüllü, qrafik dizayner, AzMİU-nun magistrı Elbəy Əliyev, birliyin idari heyətinin üzvləri, könüllü rəssamlar və qonaqlar iştirak etdilər.
Elbəy Əliyev çıxış edərək bildirdi ki, “Hüsnü-Üns” layihəsinin məqsədi insan duyğularının ifadə vasitəsi olan incəsənətin “Cığır” İB-nin əmanətləri və könüllüləri tərəfindən cəmiyyətdə fərdlərarası gözəl ünsiyyətin qurulmasına, incə duyumun, gözəl baxışın, əmin-amanlığın yayılmasına və bərqərar olmasına töhfə verən bir mühit formalaşdırmaqdır. O, bu layihənin həyata keçirilməsi üçün çox xoşbəxtdir və layihənin uğurla davam edəcəyinə könüldən inanır.
Tədbirdə Şuşa şəhəri Dövlət Qoruğunun baş memarı Qumru Mirzəliyeva, Respublika üzrə Qum üzərində rəsm birincisi, bir çox ölkələrdə Azərbaycanı təmsil edən, “Asia’s Got Talent”, “Yetenek sizsiniz” kimi məşhur lahiyələrin yarım finalçısı, rəssam Lalə Hüseynzadə, Casa De Art biznesinin rəhbəri, rəssam Pərvinə Əli çıxış edərək duyğu və düşüncələrini bölüşdülər.
Rəssamlar tədbir boyu kətan çantalar, boşqab və fincanlar üzərində “Gözəllik” mövzusunda yaradıcılığını nümayiş etdirdilər.
Gənc xəzinəmiz Elbəyə yeni layihəsində müvəffəqiyyətlər arzu edir, “Hüsnü-Üns”ün yaradıcı ruhları kəşf etməsini səmimi qəlbdən diləyirik!