Yeni əmanətlərimizlə daha yaxından tanış olduq.

Yeni əmanətlərimizlə daha yaxından tanış olduq.

“Cığır” MDİD İB olaraq Azərbaycan üzərindən artıq 2000-ə yaxın ata himayəsindən məhrum uşağa çatdıq və yardımsevərlərlə onlar arasında körpü olduq.
“10 Noyabr Dünya Yetimlər günü” yeni himayə olunan əmanətlərimizlə “Şirin qiraət” bookcafemizdə sevgi toru oyunumuzla birləşmə bayramı keçirdik. 21 yeni əmanət “Cığır” ailəsinə qoşuldu və “Üfüqə doğru” və “Gənc Cığır” əmanətlərdən ibarət könüllü xeyriyyəçilər komandası ilə tanış oldular, yeni əmanətlər ilk hədiyyələrini aldılar. Maraqlı oyunlar oynadıq, şənləndik, sevgimizi və gülüşümüzü paylaşdıq və “Yetim gülərsə dünya gülər.” dedik.