“Cığır” yeni əmanətləri ilə “Salam yurdu”nda gözəl bir gün yaşadı. Qeydiyyatımıza yeni alınan balalarla görüşdük. Baxışlardan yeni tanışlığın xoş həyəcanı duyulurdu.
Ürkək…amma sevgi dolu…
Əl-ələ verdik, yeni sevgi toru toxuduq.
Qəlblərindən gözlərinə bir işıq seli axmaqdaydı.Bu işıq seli bütün dünyaya nur olacaq qədər əzəmətli və sonsuz idi.Çünki bu işıq,yetim işığı idi.✨