30.06.2024 tarixində “Yaşıl Dünya Naminə Həmrəylik” ilinə töhfə vermək üçün “Cığır” İB-nin həssas qrup nümayəndəsi xanımlar Lənkəran rayonuna – gül əkmə, təbiətə qayğı və bu kimi fəaliyyətləri özündə əks etdirən təlimə yollandılar.
Təlim çərçivəsində xanımlar meyvə tumlarının əkilməsində, meşədən məişət tullantıları toplanılmasında iştirak ediblər və piknikdən sonra yaranan məişət tullantılarını basdırdılar ki, tullantılar torpağa faydalı komposta dönüşsün.
Ağac, ot, su, torpaq ailə sistemində eko enerji toplanma terapisi keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili”ndə “Yaşıl Dünyaya Cığır” deyərək məqsədimiz ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir. “Cığır” İB adından Ekologiya Nazirliyinə və Hirkan Milli Parkın əməkdaşlarına təşəkkürlərimizi bildiririk.