“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə gənc könüllü rəssamlar komandamız sərgilərə hazırlaşır. Yeganə xanım gənclərlə görüşərək “Yaşıl təbiət və insanın təbiətlə vəhdət olması” fikrinə əsaslanaraq rəssamlarla fikir mübadiləsi etdi.
Gənc rəssamlar yeni ilhamlarla zənginləşdirən görüş üçün təşəkkür etdilər və bu mövzuda ərsəyə gətirdikləri əsərləri də nümayiş etdirdilər.
Sərginin rəngarəngliyi məqsədilə “Yaşıl dünya naminə həmrəylik” mövzusunda sərgilərdə iştirak üçün “Cığır”ın əmanət rəssamlarında dəvət edilməsi qərara alındı.