Müəyyən bir miqdar ödəməklə xeyriyyəçi adını qazana bilərsiniz. Hər ay 55 manat ödəməklə himayəçi olmaq şansı əldə edəcəksiniz.
Bizim vasitəmizlə himayəçi – xeyriyyəçi olmaq sizə nə verəcək ?
Yetim ailə gələn dəstəyin cəmiyyət, insanlıq tərəfindən gəldiyinə şahid olaraq şükrü artacaq. Əmanətimiz cəmiyyətə sevgi, hörmət duyğularıyla yetişəcək. Ayağa qalxdıqdan sonra özü xeyriyyəçi himayəçi olmağa niyyətlənəcək. Ona verilən yardımı hansısa fərdi şəxs tərəfindən aldıqda isə minnət duyğusu onu yaxşılığa şükür halından daha çox verən əl qarşısında aciz edəcək. Şükür və ya minnət seçimi anında siz əlbəttə şükür seçimini edəcəksiniz. O zaman sağ əlin verdiyini sol əl bilməsin gizli sədəqələr kimi əzəmətli ayələri yaşamış olacaqsınız. Hər ay bizim vasitəmizlə 55 azn verməklə siz xeyriyyəçi yetişdirəcəksiniz.
Bizim vasitəmizlə bunu vermək sadəcə bir qarın doyuzdurmaq deyil, sizə söz veririk ki, bu bir şəxsiyyət yetişdirmək aksiyasıdır.
Xeyriyyəçilik statusu qazanma addımları
Birinci növbədə sizin haqqınızda müəyyən məlumatımız olmalıdır, çünki hər yetim ailə bizə əmanətdir. Üzvlüyünüz ancaq referans yoluyla qəbul edilə bilər. Çünki ailə haqqında özəl məlumatları paylaşmaq doğru olmaya bilər. Əgər hər hansı bir referansınız yoxdursa, iane yoluyla dəstək ola bilərsiniz.
55 AZN maddi şəkildə ailəni özünə təqdim olunacaq və ailənin pulu aldığı haqqında imzalı kağız və şəkli sizə təqdim olunacaq.
Xeyriyyəçi olmaq üçün aşağıdakı formanı tam və doğru doldurmaq vacibdir. Xeyriyyəçiliyiniz təsdiqlənərsə, sistemə girişiniz üçün sizə xüsusi bir hesap açılacaq və bu hesabın məlumatlarını aşağıda bizə vermiş olduğunuz əlaqə məlumatları vasitəsi ilə sizə bildirəcəyik.
Referansınız yoxdursa və xeyriyyəçi kimi müqəddəs bir ada sahib olmaq istəyirsinizsə, o zaman şəxsi tanışlıq üçün sizi mərkəzimizdə qonaq etməkdən böyük məmnunluq duyarıq. Ümid edirik ki, bu görüş sizin özünüzün referans olmanıza vasitəçi olacaq.
Sizdən xahiş olunur ki, formanı tam və doğru doldurun, əks təqdirdə xeyriyyəçiliyiniz qəbul olunmaya bilər.