19 yanvar 2022-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 32-ci ildönümündə 100-ə yaxın QHT üzvü və “Cığır” MDİD İB nümayəndələri vətən qəhrəmanlarını yad etmək niyyəti ilə Şəhidlər Xiyabanına yollandı.
Qəlbimizdə qürur hissi ilə salam göndərdik hər bir vətən qəhrəmanına. Azadlıq toxumunun cücərdiyi bir tarixdə onların hüzurunda cəm olmaq bizim üçün şərəf idi.