“Velosipedim” layihəsi çərçivəsində əmanətləri sevindirməyə davam edirik.

“Velosipedim” layihəsi çərçivəsində əmanətləri sevindirməyə davam edirik.

“Əmanət qəlbi hər zaman şad olsun”– deyərək “Cığır” MDİD İB daim himayəsində olan əmanətlər üçün bir-birindən dəyərli layihələr həyata keçirməkdədir.
Bu layihələr içərisində əmanətlərin ən böyük sevincinə səbəb olan layihələrdən biri də “Velosipedim” layihəsidir.
2020-ci il Qurban bayramında xeyirsevərlərimizin dəstəyi ilə 32 əmanətimizə velosiped hədiyyə etdik.
Könüllülər olaraq bir daha bu sevinci gül balalaramıza yaşatmağa niyyətləndik və bu Ramazan “Velosipedim” layihəsinə yenidən start verdik.
Layihəmizlə artıq bu günlərdə Gəncədə 2, Bakıda 1 əmanətimiz olmaqla, ümumilikdə 3 uşaq xəyallarının gerçəkləşməsinin xoşbəxtliyini yaşayır. 
Sizləri “Velosipedim” layihəsinə dəstək olmağa, balaca canların gözündəki sevinc qığılcımı ilə öz qaranlığınıza işıq tapmağa dəvət edirik.

Layihəyə maliyyə dəstəyinizi bank hesabımızdan həyata keçirə bilərsiz:

Kapital bank – GUNEL MIRZAYEVA

No: 5103071485589184