Qadın günəş , çocuq isə ay…
Ay işığını günəşdən aldığı kimi övladlar da həyatın mənası və məqsədini analarından alırlar. Analar övladların həyatında əvəz edilməz rol oynayır.
Yeni məkanımızda həssas qrup nümayəndəsi xanımlarımızın dünyasına işıq olmaq məqsədini daşıyan layihəmizə qaldığımız yerdən davam etməyə başladıq. Silsilə görüşlərimizin məqsədi qərar verməyi bacaran, təşəbbüskar, lider şəxsiyyətlərin təşəkülünə dəstək olmaqdır.
Mənəvi- psixoloji görüşlərimiz İB-nin sədri BDU, İslamşünaslıq ETM-nin aparıcı elmi işçisi Yeganə Mirzəyeva və İB-nin həmtəsisçisi, BDU Psixologiya müəllimi Gülnar Rüstəmova tərəfindən aparılır.
Yeganə Mirzəyevanın təlimi insan şəxsiyyətinin təşəkkül tapması yönündə öncə insanın öz ehtiyaclarını təyin etməsi və məqsədinin araşdırılması istiqamətində oldu. Gülnar Rüstəmova isə Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası” haqqında məlumat verdi.
Növbəti görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Psixologiya üzrə magistr təhsili alan Leyla Məmiyeva “Həyatımızda məna axtarışı” mövzusu barəsində filosof və pxisoloqlardan nümunələr gətirdi və həyatın mənasının niyə sualının verilərək dərk edilməsi və insanın hüzura qovuşması haqqında mühazirə etdi. Görüşlərdən təsirlənən xanımlar bu təlimlərin genişləndirilməsi üçün təkliflər etdilər.
“Ünsiyyət və məna” adlı təlimlər silsilə şəklində dağa çıxmağa bənzədilərək davamlılıq vəsiqəsi almış oldu.