Təbiətin qoynunda yeni təlimlərlə özünü kəşf etmə yolumuz daha da gözəlləşdi..
“Hər nə var aləmdə, hamısı var Adəmdə” prinsipinə dayanaraq deyə bilərik ki, insanın məqsədinə gedən yolda xətalarını fürsətə çevirməsi, ona verilən qabiliyyət və bacarıqlarını doğru istiqamətləndirməsi, sosial həyatın insanın ən təməl ehtiyaclarından olmasını canlı təbiət üzərində müşahidə etdik.
Ətirli plov olması üçün bir düyü dənəciyinin keçdiyi həyat yolundan ibrət alaraq ətrafa daha müşahidəçi olma kimi bacarıqlara yiyələnməklə səbir və əzmlə, ümid və sevinclə məqsədə doğru birlikdə yürüməyin mənasını çox gözəl şəkildə anladıq.
Kiçik xətaların, xəfifə aldığımız duyğu və düşüncələrin yalnış davranışlara səbəb olduğunu isə çör-çöp toplamaqla öyrəndik.
Ən önəmlisi isə bərabər yol yürüməyin ən böyük səadət olduğuna əmin olduq.