Yay boyu layihələrimizdə yaxından iştirak edən, artıq sadəcə “himayəmizdə olan əmanətlər” deyil “çiyin-çiyinə çalışdığımız xeyirsevərlər”ə çevrilən qızlardan ibarət “Gənc Cığır” və oğlanlardan ibarət “Üfüqə doğru” işçi qrupumuz Dənizkənarı Milli Park rəhbərliyinin dəstəyi ilə bulvar attraksionlarında tam təmənnasız əyləndilər. Alın tərlərinin qarşılığında onlara doyumsuz əyləncə və xoşbəxtlik dolu gülüş bəxş edən Dənizkənarı Milli Park rəhbərliyinə səmimi təşəkkürümüzü bildiririk.