Xeyrə şahid olub ondan yan keçməyən gözəl gənclərimiz – gələcəyimiz var.Öz əlləri ilə sevgi və şövqləri ilə “biz də varıq” dedilər. Adı üstündə – “tələbə”…Qayğıya, dəstəyə, sevgiyə, şəfqətə ehtiyacı olan gənclərimiz…Bərabər toplandılar,bişirdilər,hazırladılar.Əvvəlki xeyriyyə satışımızdan olan şövqləri ilə satışdan gələn gəlirlə bir daha cəm olaraq, “Gənclik gözəlliyə pillədir” adlı xeyriyyə satışına toplandılar. Qəlblərinin sevgisini barmaqları ilə hazırladıqları yeməklərə ötürdülər. Sevgi və xoşbəxtlik havasında hədiyyələri aldılar, paketlədilər…
Və nəhayət o an gəldi…
Əmanətlərimizi topladılar.
Xoşbəxt olmaq və xoşbəxtliyi,sevgini dünyaya yaymağa gəldilər.
Ən böyük mənəvi dəyərin nə olduğuna şahid oldular.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq gənclərin mənəvi dəyər axtarışında xəzinə kəşfinə çox sevindik.
Bəli! Məqsədimizə çatdıq.
Mənəvi dəyərlərinə sahib çıxan bir gəncliyin yanında olmaqla xeyriyyəçi tələbələrin ilk tarixi tədbiri baş tutur.