6 il əvvəl balaca əlləri tutaraq çıxdıq bu yola.
Onların gözündə yaşadıq ümidi, sevgini.
Onlar qəlbimizin ən şirin tumurcuqları oldular.
Bu gün əmanətlərimiz artıq tələbədirlər.
Qəlbimizi bürüyən sevinc gələcəyə ümidimizi daha da artırdı.
Əmanətlərimizin tələbə adını qazanması münasibəti ilə görüş təşkil etdik.
Çay süfrəsi ətrafında neçə illik hekayələrimizə nəzər saldıq. “Cığır”ın könüllü, müəllim və idarə heyətinin iştirakı ilə tələbələrlə mənəvi söhbətlər apardıq.
Biz bu illər ərzində təkcə müəllim və şagird deyil, həm də bir-birimizlə dost, ailə olduq. Sevgi, zəhmət, həyəcan, təlaş dolu illəri bu görüşümüzə sığdırdıq və uğurumuzu birlikdə qeyd etdik.
Tələbə- elmə talib olmaqdır. Elmə talib olmaq yolunda əmanətlərimizə uğur və müvəffəqiyyət arzu edirik!
Bizim əsas qayəmiz cəmiyyətimizə xeyirli və faydalı insanlar yetişdirməkdir. Ümid edirik ki, əmanətlərimiz cəmiyyətimiz üçün göz aydınlığı və qürur mənbəyi olacaqlar.