“Tanış olaq” layihəsi çərçivəsində yeni əmanətlərimiz ilə görüş təşkil etdik

“Tanış olaq” layihəsi çərçivəsində yeni əmanətlərimiz ilə görüş təşkil etdik

“Yetim gülərsə, dünya gülər” cümləsinin yaratdığı işığın ətrafına “Cığır” İB olaraq pərvanə olduq.Fəaliyyətimizin ilk günündən dünyamızı əmanətlərimizin gülüşü üzərində qurmağa çalışdıq.

Bu məqsədlə “Tanış olaq” layihəsi çərçivəsində dünyamıza rəng qatacaq yeni əmanətlərimiz ilə görüş təşkil etdik.

Ailəmizə yeni daxil olan əmanətlərimizin ruh dünyalarına bələd olmaq üçün könüllü psixoloqlarımız proyektiv metodlar təşkil etdi. Onların sosial adaptasiyasını təmin etmək üçün bərabər oyunlar oynadıq. Və aramızda sevgi bağlarını qurmağa çalışdıq.

 Bu sevginin toru dünyanı sarsın, sarsın ki, əsl xoşbəxtliyin vüsalına çataq.