Təfəkkürü zərrə-zərrə inşa: “Gözəl düşüncə” layihəsi başladı.

Təfəkkürü zərrə-zərrə inşa: “Gözəl düşüncə” layihəsi başladı.

Layihəyə ilk olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə-iqtisad fakültəsinin 4-cü kurs tələbəsi Ağazadə Aytac başladı. İxtisasına uyğun olaraq “İqtisadiyyat və Quran” mövzusunda hazırladığı mühazirəsi maraqla qarşılandı.

Növbəti görüşdə isə “Memarlıq və Quran” mövzusunda ən qədim sənətkarlıq və incəsənət sahəsi olan memarlıqla dünyanın yaradılışı və Yaradan arasındakı vəhdəti barədə danışıldı. Memarlıq baxmaqdır, düşünməkdir, hiss etməkdir və ilhamlanmaqdır. Bütün memarlıq inciləri təbiət və insan yaradılışından ilhamlanıb. Memar daşı daş üstünə qoyan deyil, memar qəlbinin səsini dinləyəndir. Süleyman billur sarayla Allahın qüdrətini Bilqeysə duydurduğu kimi hər inşa olunmuş yeni incilər insanların qəlbində iman ruhunu imar edir. Konfrans natiqləri özlərini uca Memarın muavinləri adlandıran Azərbaycan Memarlıq ve İnşaat Universiteti, Memarlıq fakültəsinin tələbələri Həbibli Ağakərim və Əliyev Elbəy oldu.