“Cığır” vətəndaş mövqeyinin altivləşməsində fəal rol oynayır.
Təlim – tədris mərkəzimiz “Salam yurdu” adı ilə fəaliyyətini davam etdirəcək.”Salam yurdu”ndan hər gün dalğa-dalğa salam yayılır yer üzünə.Yetim canlı Qurandır və “Salam yurdu”nda hər kəlməylə,hər baxışla ayrılmaz,qopmaz bir tor toxunur.”Sevgi toru”…”Cığır”ın yetimlərlə neçə illərdir toxuduğu tor sevgi ilmələri ilə daha da möhkəmlənir.
“Salam yurdu” bir cazibədir.Quranın,
Furqanın,Zikrin,Nurun,Hidayətin,Bəyanın cazibəsi…
“Allah elmi və rəhməti ilə hər şeyi ehtiva etmişdir” deyə kitabında bildirir.”Salam yurdu” elm və rəhmətin vəhdətidir.Burada elm və rəhmət daşıyıcıları bir araya gəlir.
Yetimlərin sosiallaşmasında könüllü tələbələrin iştirakı çox təqdirəlayiqdir.
“Cığır” cəmiyyətdə gözəlliyin,xeyrin, mərifətin yayılması naminə müqayisəedilməz addımlar atır.
Vətəndaş dəstəyi ilə güclü dövlətçilik adına cəmiyyətdə salamın, mənəviyyatın, əminliyin yayılması üçün daim yeni sosial layihələrə imza atır.