QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olan “Sosial sahibkarlıq təşəbbüsləri” layihəsi çərçivəsində layihə könüllülərindən bir qrupla ilk təlimimizi “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə vermək üçün Samur-Yalama milli parkında keçirdik.
Təlimimizdə sosial sahibkarlıq və sosial bazar haqqında geniş məlumat təqdim edilmişdir. Xüsusilə, könüllülərin seçdikləri vakansiyaların sosial bazardakı əhəmiyyəti və bu sahədə oynadıqları rollar ətraflı şəkildə vurğulanmışdır. Təlimin əsas məqsədi könüllülərə həm nəzəri, həm də praktiki bacarıqlar qazandırmaq olmuşdur. Bu çərçivədə, onlara effektiv ünsiyyət qurma, təsirli kommunikasiya və təqdimat bacarıqları öyrədilmişdir. Bundan əlavə, komanda işi və liderlik kimi mühüm mövzulara da toxunulmuş, məqsəd və hədəf təyini ilə bağlı dərin təlimlər keçirilmişdir. Təlim könüllülərin şəxsi və peşəkar inkişafına töhfə vermək məqsədilə hazırlanmış və onların gələcəkdə daha məhsuldar olmalarına şərait yaratmışdır.
Təlimçi Günel Babayevaya təşəkkür edirik!