“Sən də fidanınla yaşat şəhid adını” adlı növbəti ağacəkmə aksiyamız baş tutdu.

“Sən də fidanınla yaşat şəhid adını” adlı növbəti ağacəkmə aksiyamız baş tutdu.

“Cığır” MDİD İB olaraq Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərimizə sevgi və hörmətimizi bildirmək, şəhid ailələrinə mənəvi dəstək və dayaq olmaq üçün başlatdığımız “Sən də fidanınla yaşat şəhid adını” adlı ağacəkmə layihəmizin növbəti mərhələsi baş tutdu.
Mayın 3-ü Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın dəstəyi ilə Abşeron rayonu Qobustan kənd tam orta məktəbin, A.Novruzov adına Çaylı kənd tam orta məktəbin və Ə.Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbin sahəsində şəhidlərimizə ithaf olaraq 200 zeytun fidanı əkdik.
Layihəmizdə “Cığır” MDİD İB-nin əmanət və könüllüləri ilə yanaşı, şəhid ailələrinin üzvləri də iştirak edərək qəhrəmanlarımız adına torpağın bağrına fidanlar sancdı.
“Cığır” MDİD İB bu layihədə fəal iştrakı üçün “Azerbaijani Ladies Club”a dərin təşəkkürünü bildirir.