Bizə əmanət edilən xəzinələr var..
Onlar ölməzlərin övladı.
Öz canlarını düşünmədən Vətən yolunda qurban verən şəhidlərimizin övladları bizə əmanətdir…
Əmanətə ən gözəl qayğı və diqqət isə bizim borcumuzdur.
“Cığır” MDİD İB şəhid ailələrini ziyarət etməyi ilə yanaşı bu dəfə onları qonaq etdi. Məqsədimiz onları cəm edib, həm sevgimizi həm də süfrəmizi bölüşmək idi. Onların hər birinin bizim üçün nə qədər dəyərli olduğunu və qəlbimizdə xüsusi yerləri olduğuna şahid etdik.
“Cığır” balaca əmanətlərin üzündə gülüşə səbəb olmaq üçün bir oldu.
Dəyərli könüllü gənclərimiz şəhidlərimizin əmanətləri ilə maraqlı oyunlar oynayaraq dünyamızı onların gülüşü ilə rəngləndirməyə çalışdı. Xəzinələrimizlə söhbətimizdə bir daha şahid olduq ki, onlar həqiqətən qəhrəman atalarının gül, ağıllı, qabiliyyətli balalarıdır və hər zaman millətimizə xeyirli övlad olacaqlar.
“Cığır” İB könüllüləri uşaqlar üçün hədiyyələr hazırlayaraq incə qəlblərin könlünü xoş etdi.
Biz inanırıq ki, bu yolda bizimlə bərabər çiyin-çiyinə addımlamaq istəyən xeyirsevərlər olacaq. Unutmayaq və unutdurmayaq ki, şəhidlərə olan borcumuz ödənməzdir.
Onların rənginə boyanmağa ehtiyacımız var.