Şəhidlik- bu lütf xəzinə olan gənclərimizə də nəsib olarmış…
Uzun aradan sonra şəhid olan gənclərimizi tanımaq ümidilə çıxdığımız yol bizi şəhid Süleyman Qarayevin ailəsinə apardı.
Gəncimizin çox ədəbli, mehriban, olduqca qonaqpərvər xanımı ilə həmsöhbət olduq. O, gözlərində işıq, dilində sevgi ilə həyat yoldaşından biz bəhs etdi: “Süleyman mərhəmətli insan idi, xeyir yolunda hər zaman öz ruzisindən gizli və aşkar sədəqə verərdi”.
Şəhidimiz həyat yoldaşının isə müəllim kimi çalışaraq gənc nəslin təlim-tərbiyəsində öz töhfəsini verməsini çox istəyərdi. Özünü neçə illər sonra harada görürsən? sualına “30 yaşında çox uca məqamda olacağını” deyirmiş hər zaman. İndi o çox yüksək zirvədədir-şəhidlik zirvəsində.
Dost və tanışları ilə az təminatlı ailələrin ehtiyaclarını ödəmək üçün birlik qurucusu Süleymanın iki övladı bizlərə əmanətdir, onların da qəhrəman ataları kimi xeyir və fayda naminə yaşayacaqlarına əminik.
Şəhidimizə salam olsun!