“Heydər Əliyev ili” çərçivəsində keçirilən “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə keçirdiyimiz silsilə tədbirlərimizdən biri də- “Salam Yurdu” TTM-nin könüllü müəllimləri və əmanət şagirdləri ilə birlikdə dalğaların qovuşduğu yer-Şahdilinə səfərimiz oldu.
Könüllü müəllimlər əmanətlərlə birlikdə gözəl bir gün keçirdilər. Dənizin hüzuru, gözəlliyi qəlblərimizə sevinc gətirdi. Uşaqlar dənizdə üzdülər, əyləndilər. “Əylənməyin yaşı yoxdur”,- deyib hamımız uşaq olduq. Dənizdə üzüb yorulduqdan, oyunlar oynadıqdan sonra birlikdə piknik də etdik. Gözəl səfərdən qayıdarkən bir-birimiz üçün dualar etdik.