“Salam yurdu” TTM əmanətləri ilə “Şahdağ” Turizm Kompleksinin qonağı olduq.

“Salam yurdu” TTM əmanətləri ilə “Şahdağ” Turizm Kompleksinin qonağı olduq.

“Salam yurdu” təlim-tədris mərkəzimizin əmanət uşaqları və “Cığır” birliyi idarə heyəti, TTM-nin müəllim kadrı ilə Qusar, “Şahdağ” Turizm Kompleksinin qonağı oldu. Qarlı havada isti qarşılanma, göstərilən xidmət, ərazi daxilində ziplayn, kanatla sürüşmə və bir çox əyləncə vasitələrdən təmənnasız şəkildə istifadə edən uşaqlarımızın sevinci hər kəsdə coşqu yaratdı.

“Şahdağ” otelinin restoran şəbəkəsinin göstərdiyi xidmət, oruc tutan balalarımıza edilən nəcib diqqət və ikramlar millətimizin xeyirxah və mərhəmətinin bir daha göstəricisinə çevrildi.

“Şahdağ” Turizm Kompleksi rəhbərliyinə bu unudulmaz günün səbəbkarı olduqlarından dolayı dərin sevgimizi və analarımızın dua və təşəkkürünü çatdırırıq.