“Salam Yurdu” təlim-tədris mərkəzimizdə “Yay məktəbi” başladı.

“Salam Yurdu” təlim-tədris mərkəzimizdə “Yay məktəbi” başladı.

“Salam Yurdu” təlim-tədris mərkəzimizdə “Yay məktəbi” başladı.

Proqram həftədə 3 dəfə olmaqla, saat 10:00-dan 17:00-a kimi davam edir.
Proqrama gündə iki dəfə qidalanma (coffee break və nahar fasiləsi), sonda ekskursiya daxildir.

“Yay məktəbi”mizdə professional müəllim və təlimçi kollektivi tərəfindən tədris olunan məşğələlər;

İnkişaf etdirici riyaziyyat və məntiq- Əyləncəli və yaradıcı üsul-metodlarla uşaqlarda məntiqi-riyazi biliklərin möhkəmləndirilməsinə fokuslanıb.

İngilis və rus dili (conversation)- Yeni dil öyrənmək balacalar üçün həmişə maraq dairəsi olub. Rus dili və ingilis dili üzrə danışıq klubu yay fəslində uşaqların xarici dil bilgisini zənginləşdirməyə əsaslanıb.

Qrup terapiyası- Şagirdlərdə düzgün ünsiyyət qurma, özünü ifadə etmə vərdiş və bacarıqlarının qazanılması, özünəinam, özünəhörmətin artırılması və digər istiqamətlərin inkişafına yönəlib.

Ustad dərsləri – Uşaqlarda yaradıcı düşünmə və tətbiq etmənin əsaslı şəkildə inkişafına hədəflənib. Fəaliyyət növləri:
– Pizza, vafl və s. bişirmə;
– Toxuculuq;
– Dibçək boyama;
– Gül əkmə;
– Müxtəlif fiqurlardan əl işi düzəltmə və s.

Mərifət dərnəyi- BDU, fil.ü.f.dok., Yeganə Mirzəyeva ilə balaca dostlarımız mənəvi yolçuluğa çıxırlar. Birlik halında təbiəti hiss edərək özünükəşf, mənəvi-əxlaqi dəyərlərin zənginləşməsi fonunda maariflənirlər.

Rəsm dərnəyi- Peşəkar rəssamlar tərəfindən uşaqların yaradıcı təfəkkür, diqqət və təxəyyüllərini rənglərlə canlandırmağına dəstək göstərilir.

Nağıl terapiyası- Sujetli-rollu oyunların təşkilinin az yaşlı uşaqlar üçün faydası böyükdür. Nağıl saatında uşaqlarda onlara təyin edilən rolu mənimsəyib canladırma, yeni situasiyanı qavrama, uyğunlaşma və analiz etmə kimi keyfiyyətlərin təməli möhkəmləndirilir.

Film saatı- Film hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir. Film saatımızda birlikdə film izlənilir, tənqidi təfəkkürün inkişafı məqsədilə müzakirələr olunur, ən əsası şagirdlərdə film izləmə mədəniyyəti formalaşdırılır.

Astronomiya dərnəyi- Təməl coğrafi bilgilərin öyrənilməsini və bu sahədə məlumatlanmanı uşaqlara sevdirməyə, onlarda maraq yaratmaq və kiçik tədqiqatçı ruhlarının kəşf edilərək təkmilləşdirilməsinə yönəlib.

Yay məktəbinə qeydiyyat hələ də davam edir. Siz də tətilinizi daha rəngarəng, bilik və əyləncə dolu keçirmək üçün bizə qoşulun.