“Salam Yurdu” təlim-tədris mərkəzi şagirdləri ilə Şamaxı rayonuna bir günlük mədəni gəzinti təşkil etdilər

“Salam Yurdu” təlim-tədris mərkəzi şagirdləri ilə Şamaxı rayonuna bir günlük mədəni gəzinti təşkil etdilər

“Salam Yurdu” təlim-tədris mərkəzimizin yay dərnəyinin müəllim və şagird kollektivi Heydər Əliyev ili münasibətilə keçirdiyimiz silsilə tədbirlər çərçivəsində Şamaxı rayonunun Dilman kəndinə bir günlük mədəni gəzinti təşkil ediblər.

İctimai Birliyimizin sədri Yeganə Mirzəyevanın rəhbərliyi ilə öyrənməyə can atan dostlarımıza təbiət qoynunda “samovar qalama, xəmir yoğurma, təndirdə çörək bişirmə” kimi müxtəlif maarifləndirici təlimlər keçirilib. Bir günlük yay düşərgəsi maraqlı söhbətləri, əyləncəli oyunları ilə də yadda qalıb.

Ümid edirik ki, əmanətlərimizin etdiyi qiymətli kəşflər onların elm dəryasına əvəzsiz töhfə verəcəkdir.