Bu,”Cığır”ın 3 (üç) illik fəaliyyəti dövründə tibb üzrə görülən işlərin hesabat tədbiridir.
Bu 3 (üç) ildə Allah çox böyük lütflərə layiq gördü.
Tibb üzrə məsul bacıların yuxusuz gecələri…
Ac qalaraq yetimin dərdi ilə dərdlənmələri durdu.
Öz usaqlarını həkimə aparmağı unutdular.
Öz ağrılarını unutdular…
Yetim şəfa tapdıqca, onlar da şəfaya qovusdular.
Və xeyirsevər nə qədər həkimlərimiz bu əmanətlərin şəfası üçün vəsilə oldular.
Hər cür dəstəyi göstərdilər.
Bildilər ki,yetim elə bir lütfdür ki,onun könlü Cənnətdir!
O, sevinəndə Kövsərin sərinliyi gəlir!
O güləndə bir ətir yayılır ətrafa -Allahın ətri!
“Şəfaya vəsilə ol!” tədbirimiz çox gözəlliklərə şahid oldu.Gözəl insanlarla tanışlıq…
Vəfalı dostlarla təkrar görüş…
Və daha neçə gözəlliklərə açılan “Cığır”lar…
Əmanətlərimiz də gəlmişdi.Sevgiyə bürünmüşdük…
Zaman axırdımı yoxsa donmuşdumu?!
3 (üç) ilin şirin zəhməti var idi bu gündə.