Əmanətlər üçün təşkil olunan proqram hər kəsə təsir edən anlarla yadda qaldı.
İftar süfrəsi isə xüsusi bir istilik daşıyırdı. Bu günkü yeməklər anaların zəhməti və sevgisi ilə hazırlanmışdı. Onların əllərinin bərəkəti süfrəyə ayrı bir gözəllik qatdı. Birlikdə qurulan süfrə paylaşmanın ən səmimi nümunəsinə çevrildi.



















