Ramazanda ilk iftarımız

Ramazanda ilk iftarımız

Birlik, sevgi və paylaşmaq ayı olan Ramazanda “Cığır” İB olaraq iftar süfrələrində əmanətlərimizin sevincinə səbəb olmağı ən böyük qazancımız hesab edirik.

Bakıda əmanət ailələrimiz üçün təşkil etdiyimiz iftar süfrəmizdə əmanətlərlə bərabər maraqlı oyunlar oynayır, dəyərli balalarımızla gözəl dualar edərək Ramazanı içdən, özənlə yaşamağa çalışırıq.

Ramazan iftar proqramımız sevimli uşaqlarımızın duasına, bizlərin şükrünə vəsilə olur. Bir əmanətin gülüşündə iftara ortaq olmaq bu ayda ən böyük qazancımız.