Ramazan bayramının sevincini Qəbələdə olan əmanətlərimiz ilə paylaşdıq

Ramazan bayramının sevincini Qəbələdə olan əmanətlərimiz ilə paylaşdıq

Qəbələdə Ramazan bayramı

Qəbələdə yaşayan əmanət ailələrimizin bayram həyəcanına biz də ortaq olduq.

Könüllü komandamız və əmanətlərimizlə birgə Qəbələdə möhtəşəm bayram nəşəsi yaşandı.

Gül balalara birlikdə maraqlı oyunlar oynadıq, söhbət etdik, Qəbələnin saf və hüzurlu təbiəti qoynunda kreativ vörkşoplarda bayram təəssüratlarımızı təsvir etdik. Əmanətlərimizin həyat verən təbəssümləri ilə bayramı ruhumuzun ən dərinliklərində hiss etdik. 

Müxtəlif ərzaq məhsullarından ibarət bayram qutularımızı əmanət ailələrimizə təqdim etdik.

Mülkündən par verərək fitrə boğçalarının hazırlanmasına dəstək olan xeyirxah dostlarımız və bu boğçaları ərsəyə gətirən Mülk – İlk Sosial sahibkarlıq mağazası na təşəkkürümüzü bildiririk.

Bayram paylaşdıqca gözəldir!