“Ramazan bayramı – 2021”

“Ramazan bayramı – 2021”

Ramazan birlik, həmrəylik dostluq ayıdır.
“Cığır” ailəsi olaraq Ramazan ayının sevinc, bərəkət və rəhmətini mülkümüzdən pay verərək, sevgimizi paylaşaraq və dostluğumuzu gücləndirərək yaşamağa cəhd etdik.
Əmanət ailələrin iftar süfrəsini bərəkətləndirmək niyyətilə könüllərinin istisindən pay verən xeyirsevərlərimiz “Mülk” mağazamızdan fitrə paketləri sifariş etdilər.
Əmanət ailələrimizlə görüşərək 100-ü TİKA tərəfindən olmaqla, ümumilikdə 230 fitrə paketini sahiblərinə çatdırdıq. 
Ən gözəl bayramımızı isə əziz əmanətlərimizin könlünü şad edərək qeyd etdik.
Böyük yaşlı əmanətlərimizə bloknot, kiçik yaşlı əmanətlərimizə isə içərisində konfet və şirniyyatlar olan, ümumilikdə 850 hədiyyə bağlamalarını Bakıda və digər şəhər və rayonlarda yaşayan əmanətlərimizə çatdırdıq.
Əmanətləri və gəncləri elm süfrəsində cəm edən, Ramazan ayı boyunca onlayn keçirilən “Ramazan dostum” layihəsində fəal iştirak edən uşaqlara isə “Bunları bilmək istəyirəm” adlı ensiklopediya hədiyyə olundu.
Qeyd edək ki, xeyirsevərlərimizin dəstəyilə könüllülərimizin hazır etdiyi hədiyyə bağlamaları ilə birgə  “Betül Hanımlar Dostluk ve Çevre Derneği” tərəfindən Konya Büyükşehir Belediyesi ilə birgə keçirilən “3 Aylar Şen Çocuklar” layihəsi çərçivəsində göndərilən Ramazan hədiyyələrini də gül balalara çatdırdıq.
“Cığır” MDİD İB adından incə və təqdirəlayiq təşəbbüsü üçün TİKA-ya, “Betül Hanımlar Dostluk ve Çevre Derneği” və əmanət qəlbi sevindirən bütün xeyirsevərlərə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.