Ramazan ayının 9-cu günündə də əmanətlərimizlə birgə iftar süfrəsində cəm olduq

Ramazan ayının 9-cu günündə də əmanətlərimizlə birgə iftar süfrəsində cəm olduq

Oxu ayının 9-cu günündə də əmanətlərimizlə xoşbəxtlik cığırında cəm olduq. Hər yeni iftar proqramında əmanətlərimizlə daha yaxından söhbət etmək, dost olmaq, birlikdə xoşbəxt anlar keçirmək fürsətimiz olur.

Bu fürsəti ən gözəl şəkildə dəyərləndirməyə çalışan “Cığır” ailəsi olaraq dəyərli balalarımızla birlikdə müxtəlif maraqlı və maarifləndirici oyunlar vasitəsilə Ramazanın fəzilət, hikmət və əhəmiyyətini bir daha bir-birimizə xatırladır, müzakirə edir, təfəkkür edirik.

Allahın əmanətləri ilə Onun ən gözəl ayında bir olub sevgi, sevinc dolu gözlərə şahid olduğumuz üçün şükür içindəyik.

İftar proqramlarımızın təşkilinə maddi və mənəvi dəstəyini göstərən xeyirsevərlərdən Allah qəbul etsin!