Ramazan ayının 4-cü günündə iftar süfrəsində cəm olduq

Ramazan ayının 4-cü günündə iftar süfrəsində cəm olduq

Ramazanın hər ötən günü yaddaşımızda silinməz izlər buraxır. Bu izlərin ən gözəl səbəbkarı isə dəyərli əmanətlərimizdir.

Ramazanı içdən, sevgi və özənlə yaşamağa ilham qaynağımız olan sevimli balaların iftar süfrəmizdə cəm olmağı bizləri necə xoşbəxt edir ifadə edə bilmərik. Digər tərəfdən hər iftar öncəsi həyəcan və şövqləri ta uzaqdan hiss edilən gənc könüllülərimizin diqqət və sevgi ilə dəyərlilərimiz üçün hazırlıqlarını gördükdə içimizi fərah və şükür bürüyür.

Beləcə Ramazanın 4-cü günündə sevimli balalarımızla Oxu ayının nurunda cəm olduq. Keçirdiyimiz bir neçə saat ərzində Allahın oxu əmrini istər təşkil etdiyimizn kreativ oyunlarda, istərsə də maarifləndirici söhbətlərdə həm əylənərək, həm də yeni bilgilər öyrənərək yaşamağa çalışdıq.

Gül balalarımız Ramazan hədiyyələri ilə sevindi. Bu elə böyük sevinc idi ki, onlar da başqalarını hədiyyələşməyə təşviqatçı olacaqlar.

İftar süfrələri üçün maddi-mənəvi dəstək göstərməyə çalışan insanların birliyində bu ayın bərəkətinə şahid olmaq isə xüsusi şükrümüzdür.

Qoy Ramazan bütün ruhumuzu sarsın, ömrümüz Ramazan olsun!