Mübarək Ramazan ayının 3-cü günündə Bakıxanov qəsəbəsində 50-ə yaxın sayda əmanətlərimiz ilə iftar süfrəsində cəm olduq.
Üzümüzdə sevinc, qəlbimizdə fərəh duyğusu ilə Ramazan iftarlarımızın əvəzedilməz qonaqları- analarımız və əmanətlərimizlə unudulmaz iftar saatı yaşadıq.
İftar öncəsi əmanətlərimizlə maarifləndirici ünsiyyət qurduq, iftar saatında ən səmimi duyğularla Vətənimizə, millətimizə və bütün dünyaya uşaqlarla birlikdə sülh, ədalət, əmin-amanlıq duaları etdik.
Könüllü gənclərimiz Ramazan hədiyyə qutularını uşaqlara böyük sevgi ilə təqdim etdilər. “Allah iftarda əməyi keçən hər kəsdən qəbul etsin deyib”,-hər birinizə xeyirli iftarlar və bərəkət dolu Ramazan diləyirik.