Ramazan – 2023

Ramazan – 2023

Birlik olaraq səbirlə gözlədiyimiz Ramazan ayında bütün layihələrimiz ilə bu ayı ən gözəl şəkildə dəyərləndirməyə, bu ayın bərəkətindən faydalanmağa tələsdik.

Xeyirsevərlərin ianəsi və duası ilə bir çox xeyirə vəsilə olduq. 2023 Ramazan fəaliyyətimizi sizinlə paylaşırıq.

Bakıda və bölgələrdə ümumilikdə 153 ailəyə fitrə boxçası, 167 ailəyə qurban əti təqdim etdik.

Qəlbləri şənləndirməyi qarşımıza məqsəd qoyaraq gözəl güşəli rayonlarımızda könüllü komandamızla bərabər 23 iftar proqramı tərtib etdik.

Ramazan mənəvi ziyafətdir, elə buna görə də balaca əmanətlərimizlə birlikdə mənəvi dəyərləri özündə ehtiva edən oyunlar oynadıq, təfəkkür etdik, həmçinin də 518 əmanətimizi Ramazan hədiyyələri ilə sevindirdik.

Quba, Şəki və Qəbələdə Ramazan bayramini əmanət ailələrimizlə qeyd etdik.

Bayram tədbirlərində 88 əmanətimiz hər birinə təqdim edilən hədiyyələrin sevincini yaşadı.

Könüllülərin təbəssümündə, əmanətlərin sevinclə döyünən qəlbində, iftar süfrələri üçün maddi-mənəvi dəstək göstərən insanların birliyində Ramazanı cani-könüldən yaşamaq çox dəyərli idi.