“Qutabdan kitaba” adlı növbəti sosial bazar baş tutdu

“Qutabdan kitaba” adlı növbəti sosial bazar baş tutdu

6-7 may tarixlərində Birliyimizin qeydiyyatında olan atası dünyasını dəyişmiş abituriyentlərin təhsil xərclərinə dəstək məqsədi və Heydər Əliyev ili münasibətilə xeyriyyə satış-sərgisi həyata keçirdik.

Qeyd etmək istəyirik ki, tədbirdən öncə Birliyimizin 2023-Ramazan hesabatı və Himayə sistemi ilə əlaqəli kiçik proqram təşkil olunaraq qonaqlara ətraflı məlumat verildi.