Bayramlar o qədər gözəldir ki, qəlbimizə sevinc, ruhumuza hüzur gətirir.
Gözəllik, birlik və nəşə dolu Qurban bayramını Bakıda yaşayan əmanətlərimizlə yaşadıq.
Tədbirimizdə əmanətlərimizlə oynadığımız oyunlar, Qurban bayramının mahiyyəti və dəyəri barəsində etdiyimiz söhbətlər, birgə kəsdiyimiz bayram tortu ilə bayramın rənginə boyandıq.
“Ana günəşdir, çocuq aydır. Ay öz işığını günəşdən alır”.
Tədbirimizin ən maraqlı və özəl hissəsi isə “Bağbanın bağçası”nda əmanətlərlə keçirdiyimiz gül əkmə master-klası oldu. Qurban bayramının fəlsəfəsi hesab olunan sevgilərini torpaq və güllərə ötürən gül balalarımız onları analarına hədiyyə edərək bayramlarını qutladılar.
Dəyərli xeyirsevərlərimizin ianə dəstəyi ilə kəsilən qurbanlardan əmanət ailələrimizə bayram sovqatı da çatdırıldı. 3 günlük Qurban bayramı tədbirimizdə ümumilikdə 100-dən çox əmanət iştirak etdi.
Bayramı bizimlə doya-doya yaşayan və böyük dəstək göstərən xeyirsevərlərimizə təşəkkür edirik!