“Qurandan məktub var-9”

“Qurandan məktub var-9”

Hikmətdən məktubun var! 

Həyatın yaşam mənbəyi-su. Su olmazsa canlılar,bitkilər, heyvanlar, Yer kürəsini digər planetlərdən fərqləndirən xüsusiyyətlər olmaz. Müqəddəs kitabımız Qurani-Kərimdə də suyun önəmi bir neçə yerdə vurğulanıb.

O onunla (su ilə) sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünən xalq üçün bunda işarələr vardır!
Nəhl 11

Su bitkilərin inkişafına necə təsir göstərir? Su necə yaranıb?

Suyun sadə formulu H2O şəklindədir. Yer kürəsində hidrogen və oksigen atomlarına çox miqdarda rast gəlinsədə, bunlar heç bir zaman birləşib suyu əmələ gətirə bilməzlər.Su Yaradan tərəfindən dünyamıza bir nemət olaraq Göydən endirilib.

Bitkilərin inkişafı üçün suya ehtiyacları var. Su vasitəsilə bitkilər torpaqdan mineral maddələri kök hüceyrələri ilə mənimsəyərək gövdə və yarpaqlarına ötürür.
Suyun tərkibində olan müsbət yüklü ion hidrogen ionu yəni H+, polyar həlledici olduğuna görə bitkinin ən kiçik hüceyrələrinə qədər diffuziya edə bilir.

Su milyard illər əvvəl yaranıb, o gündən hazırkı dövrə qədər bütün yaşam hekayəsini, əzmini yaddaşına hopdurub. Su toxunduğu hər bir canlıya həyat verir, salamı yayır. 

Zeytun, xurma, üzümün və digər meyvələrin yetişməsində suyun əvəzedilməz rolu var. Öz faydalılığını bitkinin meyvəsinə ötürür, şəkildəyişərək bizim qidamıza çevrilir.

Gəlin onların faydaları ilə tanış olaq.

Üzüm müqəddəs kitabımız Quranda ən çox adı çəkilən meyvələrdəndir.

Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.

Üzümün faydaları. Üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. Üzüm böyrəklərin işini sürətləndirir. Üzüm həm də immun sistemini gücləndirir.

Xurma-Cənnət meyvəsi

Məhəmməd Peyğəmbərin(s.ə.s) sevimli təamlarındandır və Quranda adı 28 dəfə çəkilir.

Xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır.

Xurmanı tək saylar ilə yedikdə – 1,3,5 ədəd – şəkər karbohidrata çevrilir və bədənə enerji verir. Əgər cüt olaraq yeyilsə – 2,4,6 ədəd – şəkər kaliuma çevrilir ve böyrəklərə mənfi təsir edir

 Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir.

Zeytun

A və E vitaminləri ilə zəngin olan zeytunun tərkibində xərçənglə mübarizə aparan maddələr var ki, bu da xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Tərkibindəki A vitamini sayəsində zeytun göz sağlamlığını qoruyur və gecə görmə qabiliyyətini aydınlaşdırır.Sümüklərin inkişafına kömək edir.İmmunitet sistemini qoruyur və gücləndirir.  Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur.

Bitki ilə suyun rabitəsi nə qədər möhkəm olarsa, meyvələrin faydası bir o qədər çox olur.

Ey dost! Səni su kimi faydalı, yenilikçi, əzmli, xatırladıcı olmağa səsləyirik!