“Qurandan məktub var-6”

“Qurandan məktub var-6”

“Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.” (Furqan, 53)

İnsanla dənizi birləşdirən ayə. Elm və mənəviyyatın vəhdəti.
Elmi yanaşma:
Aralıq dənizinin suyu, Cəbəllütariq Boğazında Atlantik Okeanı ilə qarşılaşır, lakin bu iki nəhəng su kütləsi bir-birinə qarışmır. Çünki suların hər birinin özünəməxsus temperaturu, sıxlığı, hətta duzluluğu var.
Hətta fırtına və nəhəng dalğalara baxmayaraq, dənizlərin qarışmadığı sübut olunub.

Fransız kapitan Jak- İv Kusto bu haqda “kəşfini” belə qeyd edir: “Cəbəlüttariq Boğazında birləşən bu iki dəniz duzluluq, sıxlıq və canlılıq baxımından bərabər və ya bərabərə yaxın olsa fərqli tərkibi var. Bu iki dənizin qarışmasına birləşmə nöqtəsində tapılan böyük bir su pərdəsi əngəl olur. Yerdəki su maneəsinin başqa bir növü, şirin su çaylarının dənizə axdığı yerlərdə və deltalarda tapılır. Həm üst, həm dib axıntılarıyla bir-birinə qarışması son dərəcə mümkün olan dənizlərə tökdükləri yerdən duzlu su ilə qarışmazdılar.
Əgər Allah bu iki sular arasında qarışmamaq qanunu qoymasaydı, yer üzündəki şirin su qaynaqları duzlu su ilə birləşər və ətrafdakı canlılarla birlikdə yox olardı.
Budur, bu susuzluğu yatızdıran təzə su, digəri duzlu və acı bir su. Bəli, hər iki dənizin qarışmaması və şirin su çaylarının dənizlərlə qarışmaması, Allahın qüdrətinin sonsuzluğunu göstərir və elmlə vəhdət təşkil edir.

Fizika qanunlarına görə sıxlıqları fərqli olan mayelər – Dəniz suyunun 1025 g/l, saf suyun sıxlığı isə 1000 g/l olan şirin və şor su birbirinə qarışmaz və bu fakt 14 əsr bundan öncə Quranın 2 ayəsində əks edilib.

Dəniz nə böyük dərs verir bizə?
Su kimi olmaq, sudan coşğun dənizə dönüşmək. Bir-birinə qovuşmayan içimdəki dəniz!
Nədir o? Biri şirin, biri duzlu.
Bu dənizdən bir deyil, iki deyil, bu dənizlərdən olduqca çoxdur. Hətta eləsi də var ki, bir-birinə qarışarlar amma ki, öz ünvanlarına axanda şirindirsə şirin, şordursa, şor da qalar.

Haqq və batil bir ruhda qarışmaz.
Nur və nar (atəş)
İman və küfr.
Təkəbbür və təvazökarlıq.
Elm və cəhalət
…bir bədənə, eyni ruha sığa bilərmi? Sığsa da qarışmaz.
Ya mərhəmətəm, ya zülm.
Ya sevgiyəm, ya nifrət.
Ya aliməm ya cahil. Və əsla qarışmasına izn verməyən bir sərhədim var və bu sərhədi Qoruyan!

O qovuşmayan dəniz Allahın qüdrətinin təcəllisidir.
İçimdəki dənizimin acı və şirin tərəfləri var. Dənizin altında yer alan balıqlar və digər canlılar.
Qovuşmayan dəniz ola bilmək. Allahın sonsuz qüdrətinə tutunmaq. Pisliyə qarışmamaq.

12 thoughts on ““Qurandan məktub var-6”

  1. Haqq və batil bir ruhda qarışmaz.
    Nur və nar (atəş)
    İman və küfr.
    Təkəbbür və təvazökarlıq.
    Elm və cəhalət
    …bir bədənə, eyni ruha sığa bilərmi? Sığsa da qarışmaz….

Leave a Reply to Nurlana Cancel reply