“Şübhəsiz ki, Allah toxumu və çəyirdəyi çatladandır. O, ölüdən diri, diridən də ölü çıxardar. Budur Allah! Bəs (haqq yoldan) necə döndərilirsiniz?” ( Ənam surəsi, 95)
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır.
Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur.
Hər toxum xaricdən qabıqla örtülür. Toxum qabığı toxumu xarici təsirlərdən, qurumaqdan və zədələnmədən qoruyur.
Toxumun tərkibində müxtəlif üzvi və qeyri-üzvi maddələr var. Üzvi maddələr–zülal, yağ və nişasta bütün bitkilərin toxumlarında vardır.
Bütün canlılar, bitkilər, heyvanlar və insanlar tənəffüs etdiyi kimi toxumlar da tənəffüs edir. Bitkilər bütün orqanları ilə tənəffüs etdiyi kimi toxumlar da bu qaydada tənəffüs edərək oksigeni udur, karbon qazını buraxır.
Toxumların cücərməsi üçün rütubət, hava və istilik lazımdır. Toxumlar müəyyən temperatur şəraitində cücərir. Cücərməzdən əvvəl toxumlar su udaraq şişir.
Bitkilər, otlar və ağaclar toxumların yarılıb çatlaması və cücərməsi ilə meydana gəlir. Bu toxumları yarıb parçalayan və ondan bitki, meyvə və tərəvəz yaradan Allahdır. Allah diridən ölünü, ölüdən dirini çıxarar. Göründüyü kimi, həyat və ölüm dövranı həyatın sirri və kainatdakı böyük bir möcüzədir.
Ayədə buyurulur:
Budur Allah !
Bu hissə bizə təməl Allah anlayışının nə olduğunu öyrədir. ~ Həyat və ölümün idarəçisi, başlanğıcın və sonun təyinatçısı.
“Ölüdən diri, diridən ölü çıxardar”-cümləsini təfəkkür etdikdə ağlımıza gələn ilk şey fəsillərdir, elə deyilmi!?
Təbiət yazda sanki ölmüş halından yaşam halına keçid edir, yenilənir, çiçək açır, yaşıllaşır.
Ağaclar, bitkilər, təbiət üzərinə düşən vəzifəni icra etdikdən sonra yenidən qış gəlir və təbiət yatır (sanki ölür). Bizim də əslində yatmağımız daha sonra oyanıb yeni günə başlamağımız, günün sonunda isə yenidən yatmağımız da buna bənzəyir. Üzərimizə düşən vəzifəni “yerinə yetirib” yatırıq.
Nədir toxum?
Hər nə var aləmdə, hamısı var Adəmdə.
Hər meyvədə nə qədər toxum varmış. Hər meyvədən nə qədər ağac doğarmış.
Toxum bərkdir, sərtdir.
Niyə sərtdir?
Çünki o sərt olmasa içərisindəki həyat dolu ağacı qoruya bilməz!
Sonra o tədricən yumşalır.
Ağac ola bilmək üçün, münbit torpaqda yetişib faydalı ola bilmək üçün çatlayır.
Yenidən ümid ola bilmək üçün parçalanır. Ölü ikən dirilir yenidən var ola bilmək üçün.
Toxum ümiddir. Qışımızda açaraq baharın gəlişini xəbər verəndir.
Toxum müjdəçidir. Hayy Allahdan xəbər verən müjdəçi, bizi HAYY Allaha aparan yol.
Ey insanoğlu!
Bəs sən toxum ola bilirsənmi?
Özündən qat-qat böyük canlı bir ağacı doğura bilirsənmi?
Bilərsənsə, o zaman
Oyan!
Qalx!
Bir daha cəhd et!
Yar qabığını… Çatlat…
O zaman görəcəksən ki, HAYYın ətri qoxursan, çiçək açırsan.
Rəsul küləklərdən faydalanıb meyvə verirsən.
HAYYdan gəlib bizi HAYYa aparırsan…
Mektub var layihesi komandasinin gencleri 1gun erzinde bu melumatlari hazirlamaqla cox faydali bir ishe sahid edirler bizleri.
İbrahim surəsində 24ü ayəni çox sevirəm Rəbbim ətrafımızı gözəl düşünən, gözəlliyə dəvət edən və gözəl sözlü insanlarla zənginləşdirsin inşhallah.
Hər gün bizlərə qurandan gözəl və hikmət dolu ayələri seçib paylaşanların Rəbbim elmlərinə bərəkət versin.
Gözəl söz kökü yerdə möhkəm olandır
Ağacların bir-biriylə rabitə qurması üçün göbələklərə ehtiyacları var
İnsanların da sözə
Bu məktublar sevinc duyğularımı artırır
Əməyinizə sağlıq.Təşəkkürlər hər kəsə..
Qaranlıqdan aydınlığa çıxartmaq üçün niyyətləndiyiniz bu cığırınız bərəkətli olsun! “Söz”ünüz toxum olub qəlblərə əkilsin!
Qələmə aldığınız sözlər kökü sağlam ağaclardan olsun..
Rəbbim gənclərimizə bərəkət versin. Onları yeni nəsillərə örnək olmağı lütf etsin
Sözün qüdrəti,yaydığı enerji dalğası danılmazdır.Söz məna ilə qiymətlənir.Hərflər sözün cismi,məna isə canıdır.Söz duadır.Yasadığınız duyğuları gözəl sözlə ətrafa yayaraq,daim Haqqa çağırasınız