“Qurandan məktub var – 26”

“Qurandan məktub var – 26”

Yusif surəsi özündə saysız-hesabsız ibrətləri gizləmişdir. Bu gün toxunacağımız məqam “Yusifin 3 köynəyi” hissəsi olacaqdır.  Yusif surəsində 3 fərqli köynəkdən söhbət açılıb:

1. Saxta qanlı köynək
2. Arxadan yırtılmış köynək
3. Yusif qoxulu köynək

Bu köynəklərin bizlərə verdiyi mesajlara birlikdə nəzər salaq.

1. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)

Uşaqlıq dövrünün məzmunu qanlı köynək-məsumiyyət, məğduriyyət, məzlumiyyət köynəyi

Qardaşlar Yusifin köynəyini üzərindən çıxarmaqla əslində öz üzərlərindəki şəfqət və mərhəmət hissini soyunurlar. Quyuya atılan Yusif deyil, öz şəfqət və mərhəmətləridir.

Yusifin köynəyi əslində haqqın qarşısında zahirin incəliyini, yəni dayanaqsızlığını göstərir.
Zahirən kirlənmiş bir görüntü ilə həqiqətin üstünü örtmək istəyənlər ola bilər.

Köynək nazik bir parçadır.
Haqqı pərdələmək, haqqın üstün örtmək istəyirlər sanki köynəklə. Nəfsimizin özünü haqlı çıxarması üçün pərdələdiyi həqiqət.

Nəfs qəlbin üstünü örtür sanki köynəklə.

Qanlı köynək Yusifin məsumiyyətini anlatdığı halda qardaşlarının hiyləsini, həsədini bildirir. Köynək kiminə görə şərdir, kiminə görə xeyirdir.

Haqqın üzərini örtmək və atalarını inandırmaq üçün qardaşlar qurdun Yusifi parçaladığı yalanını söylədilər. Əslində isə bu haqqın sübutu oldu Yaquba.

2. Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. (Yusif surəsi, 26,27)

Dəliqanlılıq/gənclik dövrünün məzmunu arxası cırıq köynək- iffət, ismət, ixlas köynəyi

Züleyxa əslində öz üzərindəki iffət duyğusunu soyunur. Nəfsin onu idarə etməsinə izin verir .
Nəfsini pislikdən uzaq tutmaq istəyirsənsə onun hər daim pisliyə yaxın olduğunu qəbullanmağın lazımdır.

O aldadıcı zahiri aldadanın deyil, haqqın və ədalətin gör dediyi yerdən yırtarsaq bu bizə bəsirət və fərasət qazandırar.

Arxadan cırılma nəyi simvolizə edir?
Haqq öndən, batil arxadan.
Günahsızlıq, nəfsə uymamaq.

Nəfs sanki arxa planda qalır.

Əslində köynək bizdən asılıdır, necə istifadə edirik.

Biz o köynəklə haqqın üzünü bağlaya da bilərik, haqqı sübut edə və haqqa şahid də ola bilərik.

Dünya həyatından üz döndərənlərin köynəyi Hz. Yusif kimi arxadan cırılır.

Yusifin köynəyi təqva köynəyi idi.
Təqvamız köynəyimizdir. Səbrimiz köynəyimizdir.

Köynək qoruyucu qalxanımızdır, bizi nəfsdən, şərdən qoruyur.

Köynək arxadan cırılır, haqq isə həmişə aydınlıq olur.

Köynək öndən cırılsa nəfs qəlbə hakim olar.

3. ” Bu köynəyimi aparıb atamın üzünə qoyun, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Müjdəçi gəlib köynəyi onun üzünə qoyan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?” (Yusif surəsi, 93-96)

Kamillik, yetişkinlik dövrünə işarə edən Yusif qoxulu köynək- iqtidar, istiqrar, istiqamət köynəyi

Yusif özünü çıxarır əslində bu köynəklə. Yusifin üzərindən çıxarılan köynəklə qardaşların mərhəmət, şəfqət duyğusu çıxarılmışdı. Yusif özünü ortalığa çıxarmaqla qardaşların o mərhəmət, şəfqət duyğusunu üzərlərinə geyindirir.

Qardaşları peşman olur, nəfsləri ilə üz-üzə gəlir.

Peşmanlıq, mərhəmət və bağışlanmağı çağıran dəvətçidir.

Gözlərimizi açacaq o şəfalı köynək nədir?

Səbir, inam və saf niyyət.

Sənin köynəyin də şəfa ola bilər. Sən özün də qəlblərə, ruhlara şəfa ola bilərsən.

“Qurandan məktub var – 26”

Səs var ruhu titrədər, könül dünyasını inlədər, qəlbin ən incə tellərinə toxunar, duyğulara tərcüman olar, yaz mehi kimi əsib keçdiyi könüllərdə güllər açılar. Bülbülün cəh-cəhi, açılan qönçələrin çırtıltısı və könülləri riqqətə gətirən insan səsi kimi. İnsan səsi dedikdə də Haqqa çağıran, Haqqı təbliğ edən nurlu könüllərdən pərdə-pərdə yüksələn və qarşı tərəfdə də bir tərpənişə, oyanışa səbəb olan avazı nəzərdə tuturuq.
Məsələn, Davud Peyğəmbərin səsi kimi…

Səs də var iticidir, qəlbi, ruhu, qulağı cırmaqlayır, adama bir ağırlıq, könülə qaranlıq gətirir,_uca Rəbbimizin Kitabı Qurani-Kərimdə bildirilən uzunqulaq səsi kimi…

“Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir.” (Loğman 19) 

Nə üçün Allah o qədər heyvanların içində ən çirkin səs uzunqulağın səsini göstərmişdir?
Bunun hikməti nədədir?
Çünki hər heyvanın özünəməxsus zikri vardır. Məsələn, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir.
Uzunqulaq sadəcə iki dəfə anqırır: acanda və şəhvət hissi olanda. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah qatında uzunqulaq səsi kimidir. Ayrıca belə insanlarda uzunqulaq kimi sadəcə işləri düşəndə ehtiyacı olduqları zaman Allaha zikr edirlər.

Quranda yer alan bu ifadə bizim üçün bir ədəb dərsidir, yəni insanlar qışqıraraq danışmasınlar, həm də televizor, musiqi, video səslərini son həddəcən qaldırmasınlar.
Quranda Allah ərəblərin cahilliyət dövründəki yüksək səslə danışmaq və bu danışıq tərzi ilə üstünlük qazanmalarına çalışmasını çirkin görür. Bu çirkin davranışı uzunqulağın səsi ilə bənzətməklə təsir göstərmişdir.

Fiziki xüsusiyyətləri:
Eşşəklər atların qohumudur və dünyanın demək olar ki, hər yerində mövcuddurlar.

Etoloji xüsusiyyətləri:
Halhazırda mövcud olan eşşəklərin nəsli Afrikada yaşamış vəhşi eşşək nəslindən gəlir. Bu heyvanlar təxminən 6000 il əvvəl ağır yükləri çəkməyə istifadə edildikdən əhilləşmişlər.
Eşşəklərə birmənalı yanaşılmasa belə onlar çox ağıllı və səbrli heyvanlardır.
Onların çox maraqlı, özünəməxsus xüsusiyyətləri vardır:
Tək qaldıqda çox tez depressiyaya girirlər. Bir dosta ehtiyacları var. Hər növdə bitkiləri yeyib həzm edə bilərlər. Bitkilərdən su əldə edərlər. Yedikləri yeməklərin 95%-dən yararlanırlar. Bu faizin yüksək olmasının əsas səbəbi isə çöl şəraitində olmaları və israf etməmələridir. 40 ilə qədər yaşaya bilərlər. Yağışı xoşlamazlar. Dəriləri su keçirən deyil. Amma uzun müddət yağış altında qaldıqda zərər görərlər. Yaddaşları çox güclüdür. 25 il əvvəl gördükləri eşşəyi tanıya bilirlər. Hər fəsildə yolçuluq edə bilirlər. Bu mövzuda atlardan daha yaxşıdırlar. Atlara nisbətən eşşəklər düşünmə və qərar verməyə sahibdirlər. Bir eşşək 60 km uzaqlardakı başqa bir eşşəyi eşidə bilir. Bu onların böyük qulaqları sayəsində mümkündür. Onlar azacıq diqqət müqabilində öz sahibinə bağlanır və sevgi göstərir. Eşşəklər cəsarətli olduqları üçün Şummerlər döyüş arabalarında istifadə ediblər. Onlar insanlara lazım olan su sahələrinə girmirlər. Eşşəklər daşıya bilməyəcəkləri yük olduqda və yorğun olsalar tərpənmirlər. İnsanlar bunu inadkarlıq kimi qəbul edirlər. Eşşəklər çox qürurlu olduqları üçün sirkdə heç vaxt çıxış etmirlər. Onların gözləri dünyada ən gözəl gözlər hesab edilir. Onlar ağnayaraq( beli üstə yerə uzanmaq ) bədənlərində olmayan nəmi yerdən alırlar.

Bəs biz eşşəyə yaxşı səsi olmadığı üçün təkəbbürləmi yanaşmalıyıq?
Eşşək də digər canlılar kimi Allahın yaratdığı və şükrə layiq olan yaradılışdır.
İsa (a.s.) zamanında zina edən bir qadını daş-qalaq etmək üçün xalq böyük bir meydana toplaşır. Hər kəs əlindəki daşı qadına atmaq üçün gələcək işarəni səbirsizliklə gözləyir. Bu zaman Hz. İsa (a.s) gəlir və onlara belə deyir:
-İlk daşı həyatında heç vaxt günah etməmiş olan atsın!

Mövlana demişdir: “Əgər o heyvan bu səbəblə(səsinə görə) xor görülərsə, o zaman bu hissləri daşıyan insan da xor görülməlidir”

Sadəcə yadda saxlayaq ki, İnsan şəhvətinin əsiri və boğazının köləsi halına gəlməkdən canını qurtararsa, mələkləri belə qısqandıracaq səviyyəyə yüksələr. Ancaq bunu bacarmazsa, boğazının əsiri olar, nəfsinə kölə, şəhvətinə məğlub olarsa, o zaman da heyvandan daha aşağı səviyyəyə enər və “Heyvandan daha aşağı” ayəsinin şilləsinə tuş gələr.
Biz şəhvətin, maddi təlabatların köləliyindən qurtulub, Allahın qulu azadlığına sahib olaq.