“And olsun fəcrə və on gecəyə !” (Fəcr surəsi)
(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir.” (Bəqərə surəsi, ayə 185)
Bu mübarək gecənin şəninə nazil olan Qədr surəsində buyrulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)
Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur.
Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir. Bu gecə ilə insanlığın qurtuluşu, iki cahanda səadəti üçün son peyğəmbər Hz. Muhammədə (s.ə.s) peyğəmbərlik vəzifəsi verilmiş, Quran nazil olmağa başlamışdır. Qədr sözünün başqa mənası da, “təzyiq” deməkdir. Bəşəriyyət böhranlar ilə sıxışıb daralırkən Quran nurunun işıq saçması ilə hər tərəf nura qərq olmuşdur. Xeyir və bərəkətin, əfv və rəhmətin, əmin-amanlığın hakim olduğu bu gecədə səma qapıları ardına qədər açılır. Surədə bu gecənin min aydan daha xeyirli olduğu bildirilir.
Qədr gecəsini hiss etmək, Allah Təalanın əfvinə nail olmaq, 83 illik ömrə bərabər bu gecəni idrak etmək biraz da bu gecənin qədrini bilməyə bağlıdır. Bu gecənin qədrini bilməliyik ki, qədrimiz bilinsin.
Sonsuz mərhəmət sahibi Allah bu gecə layiq olub-olmamasından asılı olmayaraq, hər kəsi müstəsna lütfü ilə əhatə edir.
O gecə Ruh yerə enəcək.
Quranın çağırışına gələnləri siyahıya alacaq.
Mələkləri duymağı bizə lütf et Allahım!
Qədr gecəsində Allah fürsət verir ömrümüzü uzatmağa, bərəkətləndirməyə. Bir ömrə yerləşdirə bilmədiyimizi bir gecəyə yerləşdirməyə..
Qədr Rəbbimizə dönüş gecəsidir.
Güzgülərə güzgü olmaq gecəsidir ki, sonsuz ola bilmək, əbədiləşmək gecəsidir.
Fitrətimizə dönüş gecəsidir.
Ey Rəbbim! fitrətimizə dönməyi bizə öyrət!
Mütəqqi olmaq zamanıdır Qədr. Kimdir mütəqqi?
KIitabı qəlbinə və zehninə yatıran biri! Qədrə gələ bilmək üçün uzun yol tələb olunur… 20 gün Quranla dost ol ki, kitab Qədrdə öz sirrini sənə açsın..
O gecə oxu dedi. İLK əmr . Oxu!
Yaradılışını oxu. Ələq surəsi.
Nəyi oxuyacaqsan?
Ünsiyyəti, əlaqəni oxuyacaqsan, nədən yaranmısansa onu oxuyacaqsan.
Öz ünsiyyətinin tarixini oxuyacaqsan.
Allah öz ruhundan üfürdü və qiraət et dedi. Oxu!
Quranın yeri üstü toz basmış yerlər deyil, Quranın yeri qəlbimizdir.
O gecə sual vermə. Allaha get!
De: “Oxumağa gəldim.”
Qədr gecəsi kəşfiyyata çıx. Bəli, axtar o gecə ruhunla kəşfiyyat eylə. O gecə Muhammad (s.a.s) in istədiklərini istəyirəm. Mal-mülk şan şöhrət deyil. Öyrənmək, düşünmək istəyirəm. Mən axtarmaq istəyirəm. Bu gecə oxu gecəsidir.
Bizi işıq eylə Rəbbim! Çünki biz qaranlıqdan qorxuruq. Fitrətimizə nur üfürdün. Bizi bu gecə fitrətimizə dönməyi öyrət!
Fitrətimizi pozan yalan, qorxu, həsəddən bizi uzaq eylə!
Həmd olsun sıxıntı verənə! Bilmədiyimizi öyrədən Rəbb var.
Oxu və Düşün!
Düşün və ağla!
Ki, vəhylə görüşəsən!
Min aydan xeyirli olan Qədr gecəsi. Bu gecə də Sənə gözəl qul olmağı bizə lütf eylə!
Mələklərin gelişini bize lutv et Allahım bize hiss elətdir
Allah razı olsun
Allah qəlbimizi Qədr gecəsinə təmizləyib hazırlamaq üçün 20 gün verdi. Bu günlərin dəyərini bilib təmizlənənlərdən olaq
Ya Rəbbim Qədr gecəsinin Lutfunu bizə bəxş et Qüranı qəlbimizə endir Bu gecə hörmətinə
Qədr gecəsində olunan butun ibadətləri Allah qəbul etsin və bizi bağışlasın
Ya Rabbim, qedr gecesinde özümüzü tapmag, özümüzü anlamağ, özümüzü oxumag lütf eylə bizə…
“Qədr gecəsi kəşfiyyata çıx. Öyrənmək, düşünmək istə. Bu gecə oxu gecəsidir. Həmd olsun sıxıntı verənə! Bilmədiyimizi öyrədən Rəbbə.” Qədr gecəsi düşüncələrimizi və dualarımızı doğru istiqamətə yönləndirdiyiniz üçün təşəkkür edirəm. Yaxşıki varsız Məktub Var komandası
Qədir gecəsinə bizi bağışlanmış olaraq qəbul et.Allahım.
Allah sizdən razı olsun elminizə bərəkət versin
Qədr gecəsi Quranın nazil olduğu gündür. Qədrimizi bilək qədrə şahid olaq