“Qurandan məktub var – 16”

“Qurandan məktub var – 16”

Allah şimşək çaxmasına “Rad” (göy gurultusu) surəsində xüsusi olaraq diqqət çəkmişdir.
12. Sizə qorxu və ümid məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.
13. Göy gurultusu və mələklər Onu həmd ilə təsbih edir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir!
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Göy gurultusu Allahın buludları idarə etmək üçün müvəkkil etdiyi mələkdir ki, (Rad mələyi) buludları dağıdıb onları Allahın əmr etdiyi yerə aparar. *“Bu, yer əhli üçün şiddətli bir xəbərdarlıqdır”.
“…Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”. (“Nur” surəsi, 30/43)
Dolu ildırımın əmələ gəlməsində əsas amildir. Ayədə əsas diqqət ağır yağış buludlarının şimşəklərlə əlaqəsinə və onların meydana gəlməsi ardıcıllığının qeyd edilməsinə yönəldilib.
“Yaxud ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar…” (“Bəqərə” surəsi, 2/19)
Göründüyü kimi, bir yağış buludunda ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi tanıdığımız elektrik yüklü qığılcımlar və göy gurultusu kimi qəbul etdiyimiz partlayış səsi meydana gəlir.
Bir bataqlıq düşünün, hər növ çirkli sular bu bataqlığa axır – Süxurların tullantıları, evlərdən , fabriklərdən tullantılar və s. Günəş yuxarıya qalxdıqca, istinin təsiri ilə bu çirkli bataqlıqda buxarlanma baş verir, su buludlara qarışır. Həmin bataqlıq səbəbindən mənfi yüklənən buxar boz buludlar yaradır. Yağış buludu dediyimiz buludlar. Sonra küləklər bu boz buludları qovar və iki bulud bir-biri ilə toqquşar, parlaq bir işıq görünər , ildırım əmələ gələr. Onların hər birində ağılın hüdudlarını məcbur edəcək elektrik olan ildırımlar əmələ gəlir və sonra bütün canlıların həyatı üçün zəruri olan mərhəmət adlandırdığımız bu aydın su dənələrindən yağışlar yağmağa başlayır. O çirkli bataqlıqdakı su buxarlananda nə baş verdi??
Cavab olduqca düşündürücüdür..Allahın şədid əzabı adlandırılan ildırım əslində buludlardakı suyu, ondakı çirkləri buxarlandıraraq ilkin vəziyyətinə- ən saf halına qaytarır, bu isə yalnız çox yüksək elektrik enerjisi ilə mümkündür. Şimşək, ondakı möhtəşəm elektrik enerjisi ilə su öz informasiyasını yenidən ortaya qoyur, ildırımın düşməsi nəticəsində su ilk yaradıldığı zamanki saflığına, təmizliyinə qayıdır, hətta o su ilə bərabər Yer kürəsinə inanılmaz miqdarda azot ayrılır, hansı ki, canlıların qidası üçün mühüm elementdir.
Beynimizdə də eynilə “ildırımlar” çaxır. Sinaps və neyronun yaratdığı elektrik yükü sayəsində suda saxlanan məlumatlar üzə çıxır, təzələnir. Məhz beyinin möhtəşəm elektrik enerjisi sayəsində suda olan məlumatlar, beyin suyunun yaddaşı oxunur. Bir anda ağlınıza gələn həll yolları və məlumatların bu “ildırım” çaxmasından əmələ gəldiyini heç düşündünüzmü…
Şimşəyin çaxması yağışların yağacağına işarə edir. Yağışlar isə ya əkinləri bollu-bərəkətli edir, ya da sel, daşqın, torpaq sürüşməsi kimi fəlakətlərə səbəb olur.
“Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.” (Rum surəsi, 24)

‌Şimşəyin çaxmasında bizlər üçün bir çox hikmətlər var. Bəlkə də bir çox insanın ətraflı düşünmədiyi, insanı ürpərdən və ümid duyğuları hiss etdirən göy gurultusu Allah qorxusunun artmasına səbəbdir. Allahın diləməsi ilə müəyyən bir məqsədlər üçün yaradılan bu hadisələr ətrafında düşünməli və şükür etməliyik. Allahın şədid əzabı olan ildırım təbiəti, içimizdəki “ildırımlar” beynimizi təzələyirsə, bu elə ən böyük rəhmət deyilmidir?

9 thoughts on ““Qurandan məktub var – 16”

  1. Qorxu və ümid həyatımızın ana xəttini təşkil edir. Qorxu zatən ümidin özüdür. İldırım eynən dirilişin göstəricisidir. Qorxudan yaranan sıxıntının yanında 2 dəfə genişlənməni tərif edir Rəbbim. Sıxıntı qorxu olmasa, genişlənmə ümid olmayacaq. Həmd olsun sıxıntı verən Rəbbimə.
    Çox gözəl təsvir etmisiniz əziz gənclər. İnsanı düşünməyə məcbur edən məktublarınızı davamlı gözləyirik.

  2. İftarı belə süfrəylə açmaq Allahın bizə lütfüdür.. Buxarlanan çirkli su ancaq ildırımla təmizlənir. Allah bizə də bizi çirkinliklərimizdən təmizləyən ildırımları sevdirsin.
    Və beyindəki ildırım sayəsində suyun yaddaşını bilməyimiz hissəsi həqiqətən möhtəşəmm..

Leave a Reply