“Qurandan məktub var-16”

“Qurandan məktub var-16”

Şəfadan məktubun var! 

… Ərşi su üzərində ikən…
Hud 7

Əziz oxucu! Su sənin özünsən, sənin hüceyrələrin, toxumaların, orqanların, beynin, əzələlərin, sümüklərin sudan yaranıb. Dünyaya göz açmazdan əvvəl ana bətnində olarkən su mühitinin içərisində, mayedə qorunuruq.

Su bizim başlanğıcımız və sonumuzdur. Su dövr edir, şəkildəyişərək bir haldan başqa hala keçir. 

Su- möcüzələrlə, sirlərlə dolu maye. Kimyəvi formulu (H2O)n şəklindədir. Atomlar öz daxilində güclü kovalent rabitə ilə, molekulları isə zəif hidrogen rabitəsi ilə bağlanmışdır.

İnsanoğlu tək yaşaya bilməz birlik bərabərlik, cəmlik halında yaşamalıdır. Bizdə su kimi insanlarla rabitədə, ünsiyyətdə olmalıyıq.

Suda olan hidrogen rabitəsi xarici amillərdən asılıdır. Beləki su olan mühitdə neqativ hallar baş versə suda olan bu rabitələr qırılır, pozitiv hallar olsa yeni rabitələr yaranır.

Ətrafımızdan neqativ halları uzaqlaşdırıb pozitivə köklənməliyik, yoxsa daxilimizdəki su parçalanar.

Suyun daxilində həm müsbət yükləri daşıyan H+ ionu, həm də mənfi yükləri daşıyan OH- ionu var. Bu iki əks yüklü ion birləşir neytral molekul yaranır.

Su bizim hər bir zərrəmizdə var. İnsanın da daxilində müsbət və mənfi fikirlər, düşüncələr var.
Mənfi hallar bizim suyumuzu çirkləndirər, quruluşumuzu, özəyimizi dəyişər, xarakterimiz dəyişər, biz faydalı ola bilmərik.
Hansı hallardır bunlar ?
Kin, nifrət, qəzəb, həsəd, eqo…

Müsbət hallar bizi faydalı edər, mənəviyyatımızı xatırladar, özümüzü kəşf edərik.
Hansıdır müsbət hallar ?
Sevgi, səbr, şükür, əzm, paylaşmaq, cəm olmaq…

Su kimi bunları neytrallaşdırıb, faydalı etməyi bacarmalıyıq.

Su iki həcm hidrogen, bir həcm oksigenin reaksiyasından alınır. Hidrogen yanıcı maddə, oksigen yandırıcı maddə, su isə yanğını söndürən maddə. Bir-birini tamamlayır, bütün olur.

Yeganə maddədirki, hər 3 aqreqat halına (buz, su, buxar) rast gəlinir. İnsanda bəzən həlim xasiyyətli, bəzən sərt olur.

Su özündə istiliyi, enerjini saxlamaq qabiliyyətinə malikdir. Bu istiliyi və enerjini tədricən itirir və ya qazanır.

Su yenilənir, yenilənməsə öz bilgilərini ötürməsə iylənər, faydasız olar, insanlar kimi. Bilgi paylaşdıqca elmə çevrilər.

Suyun möcüzələrindən biridə yeganə mayedirki soyuduqda həcmi sıxılmaq əvəzinə genişlənir.
İnsanoğlunun xilqətində də hər sıxıntıdan sonra bir genişlik gəlir. Səbrlə Yaradandan gələn çətinliyə sinə gərməyi bacarmalıyıq.

Su yeganə mayedirki, bərk halının sıxlığı maye halının sıxlığından yüngüldür. Buna görə buz su üzərində üzür.

İnsanlar necədir ? Haqqın yanında olduğu zaman, doğrulardan üz çevirmədiyi zaman son nəticədə hər zaman yüksəkdə olur, doğru qalib gəlir.

Suyun hafizəsi, yaddaşı var. Elmi olaraq sübut olunub. Həyat yaranmamışdan əvvəl su yaranıb, həyatın bütün yaranma mərhələlərinə şahidlik edib. Su məlumatları alır, saxlayır, ötürür.

Su həyatdır! Su Salamdır! Su Haydır! Su şəfadır! Su duadır! Su sənin özünsən!

Su kimi salam verib həyat olmaq duası ilə…