“Qurandan məktub var-1”

“Qurandan məktub var-1”

“Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.” (Loğman, 16)

“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi ağırlığında olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.” (Ənbiya, 47)

Niyə xardal?

Xardal bitkisi özündə bir çox dərdin dərmanını birləşdirməklə bərabər bizə Qurandan çox böyük bir mesaj verir . Xardal yeganə qidalardan biridir ki , onun tərkibindəki elementlər insanın bütün orqanizminə hətta ən kiçik zərrəsinə belə öz təsirini göstərir. Hətta orqanizmdə ən kiçik damar hesab edilən qılcaq damarına qədər bu qidanın gedib çatması orqanizmin ən kiçik zərrəsini belə qidalandırması özü möcüzə deyilmi ? Bəs Quranın burda bizə verdiyi mesaj nədir ? Niyə yaxşılıq qayanın içində gizlənən xardala bənzəyir ? Çünki qayanın içində bir toxumun olub olmadığını biz o toxum böyüyüb bitki olana qədər bilə bilmərik.
İnsanların bir – birindən gizlin etdiyi hətta bəzən özlərinin də unutduğu yaxşılıqlar var. Mesaj budur : “Siz unutsanız da etdiyiniz yaxşılıqları Allah unutmaz. Hətta bəzən bir gülüş kiminsə sevincinə səbəb ola bilər və siz bunu yaxşılıq hesab etməsəniz də bunu sizin üçün savab yazan Mərhəmətli Allah bu yaxşılığı sizin qabağınıza çıxarar.” Hz .Yusif buyurur: “iman bir toxumdur, qəlbinə səpməkdən daha çox onu yetişdirmək və necə yetişdirmək önəmlidir.” Bizim bu gün dediyimiz bir söz bir kiçik toxumdur. Davamlı səpilən xardal toxumu yavaş yavaş o sərt şəraitdə – qayada böyüməyə başlayır. Böyüdükcə ( bu bitki istənilən şəraitdə böyüyə bilir və bunun üçün onun nə münbit torpağa nə də başqa bir şeyə ehtiyacı var ) toxumlarını hər yerə səpir və beləliklə də çoxalır. Birgün qayadakı bir xardal toxumlarını səpmək qayanın bir çox yerində xardal çiçəklərinin çıxmasına səbəb olur və o daş qaya güllük-gülüstanlığa çevrilir. Yaxşılıq və söz də belədir. Sən davamlı səpməyə davam etdikcə kimlərinsə qəlbinə hidayət , mərhəmət çiçəkləri əkilir. Dinimizin də əmr etdiyi məhz bu deyilmi?- ” Sizə baxıb müsəlman olmaq istəyən yoxdursa, İmanınızı bir də nəzərdən keçirin ! ”
Bizim ən kiçik neqativ və pozitiv sözümüz xardal kimi bütün qanımıza, ruhumuza işləyir . Mən Qayayam ! Mən Torpağam ! Mənim sözüm Xardaldır. O mənim və başqasının qanının hər zərrəsinə işləyir. Allah Azze ve Celle etdiyim həm mənfini həm müsbəti dartıb çıxarıb önümə qoymağa qadirdir !


Ramazanımız mübarək!

6 thoughts on ““Qurandan məktub var-1”

  1. Belə bir məlumatlar çox dəyərlidirlər, daim axtarisinda oldugumuz faydalı bilgilərdir.
    Davamlı olaraq gözləyirəm.
    Saytınız möhtəşəm dizayn olunub
    Mənə maraqli olan bəzi ayələr var onu da arasdiraraq bizi məlumatlandirsaniz məmnun olardım
    Qəmər surəsi 7də Allah məhz niye çəyirtkəni misal çəkir????

  2. Bizim en kicik neqativ ve pozitiv sozumuz xardal kimi butun qanimiza ve ruhumuza iwleyir.Menim sozum xardaldir.O menim ve bawqasinin qaninin her zerresine iwleyir.Allah Azze ve Celle etdiyim hem menfini ,hem musbeti dartib cixarib onume qoymaga qadirdi.

    1. Duzdu.Yaxsilig bir toxuma benzeyir.Yaxsilig toxumu sepirsen evezinde yaxsi meyve toplayirsan.Biz gerek yaxsilig etmeyi bacaraq.Allah her birimize yaxsi insan olmagi nesib etsin.Ne ekersen onu bicersen.Atalar sozu.Onsuz heyatda yaxsiligi cox az insan gorur.Biz yaxsiligi birinci Allah ucun edirik.Esas Allah gorsun bize bes eder.ALLAH HARDA OLUR OLSUN BIZIM YAXSI VE PIS EMELIMIZI GORECK
      YAXSILIGIN BOYUYU KICIYI OLMAZ.Gorursz bir xardal denesi nelere qadirdi.Kicicik bir iwigdan neler yarana biler
      .Yaxsilig insanin. icinde olmalidr.Her terefli insan yaxsiligi bilmelidir.Allah razi olsun.Maariflendirsiniz…

Leave a Reply to Nurlana Cancel reply