“Qonaq gəl bizə” deyən Binəqədi əmanətlərimizlə görüşdük.

“Qonaq gəl bizə” deyən Binəqədi əmanətlərimizlə görüşdük.

1 aprel 2018-ci il tarixində “Cığır” himayəsində olan yetim uşaqlarla növbəti görüşünü təşkil etdi.
“Qonaq gəl bizə” layihəsi ilə Binəqədi rayonunda yaşayan yetim uşaqlarımızla toplaşdıq.Uşaqların böyük maraq və sevincinə səbəb olan bu layihədə keçən dəfəki mövzular ətrafında diskussiyamız oldu,maraqlı fikir mübadilələri səsləndirildi.
Diqqət və hərəkətlərini inkişaf etdirən oyunlar oynanıldı.Görüşün mövzusuna əsasən,şəkillər çəkildi.Şəkillər əsasında nə düşündükləri,nəyi necə görmək istəmələri haqqında da müzakirələrimiz oldu.Növbəti görüş üçün uşaqlara tapşırıqlar verildi və səmimi çay süfrəsi ətrafında söhbətimiz yekunlaşdı.

Leave a Reply