“Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir.”
Məktəblilərin qış tətil günlərindən faydalanan “Cığır” İB -i bu dəfə isə qapısını açdığı növbəti ünvanlar İncəsənət muzeyi, Hüseyn Cavidin ev muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi oldu. İki gün ərzində birliyimizin əmanətləri, könüllüləri, analar muzeylərimizin qonaqları oldular.
Muzeylərin bələdçiləri həmin muzeylərin yaranması, tarixi və muzeyin içərisində yerləşən qədim xalçalar, eksponatlar, şairlərin həyat və yaradıcılığı haqqında ətraflı və maraqlı məlumatlar verdi.
Əmanətlərimiz Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələri olan Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, Əfzələddin Xəqani, Hüseyn Cavid və başqa sənətkarlarımızla yaxından tanış oldular, onlarla bağlı yeni biliklər öyrəndilər. Qədimi xalçalar, miniatürlər, məşhur xəttatların əlyazmaları, heykəltaraşlıq nümunələri, sənədli foto-şəkillər uşaqlarda ədəbiyyatımıza qarşı olan dərin marağın və sevginin artmasına da səbəb oldu.
Bu işdə böyük sevgisi, həvəsi olan və professionallığı ilə seçilən bələdçilərimizə təşəkkür edirik.
Bununla yanaşı Hüseyn Cavidin ev muzeyinə Birliyimiz adından təşəkkürnamə təqdim etdik. Milli sərvətlərimizin tanıdılması, yaşadılması üçün göstərilən dəstək və şərait təqdirəlayiqdir. Biz də öz adımızdan təşəkkür edirik.